“Mançester Siti”nin futbolçusu Fernandinyo zədə səbəbindən növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə “şəhərlilər”in baş məşqçisi Manual Pelleqrini İngiltərə mətbuatına açıqlamasında məlumat verib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, əzələsindən zədələnən 28 yaşlı yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Pelleqrini braziliyalı futbolçunun sabah ətraflı tibbi müayinədən keçəcəyini də deyib.
Qeyd edək ki, Fernandinyo ötən il 40 milyon avro qarşılığında Ukrayna “Şaxtyor”undan ingilis klubuna keçib. O, "Mançester Siti"də ümumilikdə 25 rəsmi oyun keçirib və 3 qol vurub.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ