“Mançeter Yunayted”in oyunçusu Xuan Mata “Liverpul”la ev oyununda 3:0 hesabı ilə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib. Apasport.az saytının məlumatına görə, futbolçu fanatların hansı hisslər keçirdiyini başa düşdüyünü vurğulayıb.
Mata tribunaların dəstəyini təsvir etməyə söz tapmadığını bildirib: “Belə oyunlarda azarkeşlərə layiq olduqlarını verə bilmədiyim məni dəli edir. Amma çovğun keçəcək, yenə günəş görünəcək. Mən buna şübhə etmirəm. Heç kim asan olduğunu demirdi. Futbolda çətin məqamlar yaşadığın anlar da olur. Belə anlarda qürur və professionallığı sona qədər nümayiş etdirmək lazımdır”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!