“Mançester Yunayted”in baş məşqçisi üzərində qara buludlar
18.03.2014 - 03:37
“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Devid Moyesin başu üzərində qara buludlar dolaşır. Apasport.az saytının məlumatına görə, Moyes postunu qoruyub saxlamaq üçün qarşıdan gələn iki oyunda qələbə qazanmalıdır.
Qeyd edək ki, “qırmızı şeytanlar” Çempionlar Liqasında “Olimpiakos”, İngiltərə çempionatında isə “Mançester Siti” ilə qarşılaşacaqlar. Əgər komanda hər iki oyunu uduzsa, rəhbərlik baş məşqçinin istefaya göndərilməsi məsələsini qoya bilər.
Xatırladaq ki, “MY” İngiltərə çempionatının son turunda doğma divarlar arasında “Liverpul”a 3:0 hesabı ilə uduzub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0