Zədə səbəbindən ötən tur komandasına kömək edə bilməyən” “Milan”ın hücumçusu Mario Balotelli növbəti “Yuventus” matçını da buraxa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.
Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsindəki “Atletiko” qarşılaşmasında çiynindən zədələnən 23 yaşlı futbolçu hələ ki komanda ilə məşqlərə qatıla bilmir. O, ancaq xüsusi proqram üzrə fərdi çalışır. Daxili çempionatda işləri heç də yaxşı getməyən “rassionerlər” onu lider Turin klubu ilə çətin oyuna kimi hazırlamaq üçün var gücü ilə çalışırlar.
Qeyd edək ki, Milan şəhərində keçirilən ilk matçda italyanlar 0:1 hesabı ilə Madrid klubuna məğlub olmuşdu.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə