“Milan” futbol klubunun vitse-prezidenti Adriano Qalliani yaxın vaxtlarda istefaya göndəriləcək. Apasport.az saytının məlumatına görə, 69 yaşlı Qallianinin yerinə klubun əfsanəvi müdafiəçisi Paolo Maldini təyin olunacaq.
Paolo Maldini bütün futbol karyerasını “Milan”da keçirib. O, bu klubun heyətində 902 rəsmi oyuna çıxıb. Maldini İtaliya yığmasının heyətində də 126 oyun keçirib. Bu, Fabio Kannavaro və Canluici Buffondan sonra üçüncü göstəricidir.
Paolo Maldini A seriyasında keçirilən oyunların sayına görə də mütləq rekordçudur – 647 görüş. O, sonuncu dəfə “Milan”ın formasını 2009-cu il mayın 31-də “Fiorentina”ya qarşı cavab qarşılaşmasında geyinib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!