“Napoli” əlcəzairli futbolçu ilə müqavilə bağladı
31.01.2014 - 21:08
“Sent-Etyen”in gənc müdafiəçisi Fauzi Qulam karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, “Napoli” 22 yaşlı futbolçunu heyətinə qatıb.
Əlcəzairli futbolçu tibbi müayinədən keçdikdən sonra İtaliya təmsilçisi ilə 4.5 illik müqavilə bağlayıb. O, yeni komandasında 13 nömrəli formanı geyəcək. Bu keçidin 6 milyon avroya reallaşdığı deyilir.
Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Qulam 1999-cu ildən Fransa klubunun formasını geyir.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0