“Bizim komanda ilə müqayisədə Özbəkistan millisi fiziki cəhətdən daha güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev deyib.
Təcrübəli mütəxəssis Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz kuboku” turnirinin II turunun Özbəkistanla oyunu haqda fikirlərini açıqlayıb: “Lakin basketbolçularımız sınmadılar, əsl xarakter göstərdilər və bunun nəticəsində uduzmadılar. Komandamızın kapitanı Fuad Niftəliyevə təşəkkür edirəm. Çünki bütün komanda üzvlərinə də müsbət əhval-ruhiyyə verdi. Düşünürəm ki, hələlik oyunlar isinmə xarakteri daşıyır və əsas mübarizə irəlidədir”.
Qeyd edək ki, Azərbaycan yığması Özbəkistanı 91:71 hesabı ilə məğlub edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!