“Qalatasaray” Argentina “Boka Xuniors”unun futbolçusu Gilyermo Burdissonu heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı rəsmi məlumat yayıb.
Belə ki, 25 yaşlı dayaq müdafiəçisi cari mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək. Anlaşmaya görə, “Cim-Bom” mövsüm sonu bu futbolçunu 3 milyon avro qarşılığında müqaviləsi ilə birgə alma haqqına sahibdir. “Sarı-qırmızılar” bu keçid üçün futbolçuya 300, klubuna isə 250 min dollar ödəyəcək.
Qeyd edək ki, Argentina millisində də çıxış etmiş Burdisso 2012-ci ildən “Boka Xuniors”un şərəfini qoruyur. O, 2010-2011 mövsümündə icarə əsasında İtaliyanın “Roma” klubunun formasını geyib.
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”