“Qəbələ” Topaz Premyer Liqasının XXVI turunda qarşılaşacağı “Bakı” ilə matçda serbiyalı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, söhbət komandanın “vuran ayağ”ı Daniyel Subotiçdən yox, Nikola Valentiçdən gedir.
Serbiyalı sol cinah müdafiəçisi ötən tur “Neftçi” ilə görüşün 6-cı dəqiqəsində etdiyi hərəkətlə Fariz Yusifovun qəzəbinə tuş gəlmişdi. Nəticədə sabiq FİFA referisi “Anji”nin keçmiş futbolçusunu sarı vərəqə ilə cəzalandırmışdı. Bu isə 30 yaşlı futbolçunun vərəqə limitini doldurmasına səbəb olmuşdu.
Bazar günü keçiriləcək oyun öncəsi “Qəbələ”nin digər itkiləri də arxa xətt ilə bağlıdır. Belə ki, mərkəz müdafiəçiləri – braziliyalı Rafael Santosla qvineyalı Umar Kalaban zədəlidir və bu matçda forma geyinə bilməyəcəklər.
Qeyd edək ki, “Bakı” – “Qəbələ” oyunu bazar günü saat 14:00-da başlayacaq.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!