İtaliya millisinin braziliyalı futzalçısı Vampeta Azərbaycan yığması üzərində qazanılan 7:0 hesablı qələbədən sonra apasport.az saytının Antverpenə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Öncə oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İstədiyimiz nəticəni də qazandıq. Əgər növbəti mərhələyə çıxmasaydıq, bizim üçün fiasko olacaqdı. Bütün oyunçularımıza və məşqçilər heyətinə Azərbaycanla görüşə məsuliyyətlə yanaşdıqlarına görə təşəkkür düşür.
- Hər halda, hesab gözlənilməz alındı. Azərbaycan yığmasını böyük hesabla məğlub edəcəyinizi gözləyirdiniz?
- Qalib gələcəyimizə inanırdım. Ancaq belə böyük hesabla qələbə qazanacağımızı gözləmirdim. Bu ondan irəli gəlir ki, biz çox gözəl oynadıq və matç ərzində düzgün anda doğru qərarlar qəbul etməyi bacardıq.
- 0:7-dən sonra bəlkə də bu sualı verməməliyik. Ancaq yenə də bilmək istərdik ki, hansı oyunçumuz daha çox xoşunuza gəldi?
- Biro Jade. Həmyerlim olduğuna görə demirəm. Ancaq o, çox yaxşı oyunçudur.
- Azərbaycan millisində 7 həmyerliniz çıxış edir. Buna münasibətiniz necədir?
- Açığı, istəməzdim ki, həmyerlilərimin çıxış etdiyi komanda mübarizəni belə erkən başa vursun. Neyləmək olar? Bu, futzaldır. Sloveniyaya uduzmasaydıq, bəlkə də Azərbaycanla belə çox motivasiya ilə yanaşmayacaqdıq.
- İtaliya millisi ilk turda gözlənilmədən Sloveniyaya məğlub oldu. Son dünya və Avropa çempionatında 3-cü yeri tutmusunuz. Turnir hədəfiniz nədir?
- Təbii ki, həmişəki kimi məqsəd turnirin qalibi olmaqdır. 2003-cü ildən bəri İtaliya çempion olmayıb. Çalışacağıq ki, 2-ci dəfə bu ölkəyə Avropa çempionluğu qazandıraq.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb