“Rəqibi təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar deyib.
Kurtar bərabərlik üçün oynadıqlarını bildirib: “Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik edirəm”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!