Topaz Premyer Liqasının XXV turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan” hazırlıqlara başlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri yenidən bir araya gəlib.
Məşqdə yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb.
Slovakiya millisinin heyətində 17 oyun keçirib, 2 qol vurmuş 29 yaşlı yarımmüdafiəçi Trnava "Spartak”ının yetirməsidir və karyerasının böyük hissəsini məhz elə bu klubla bağlıdır. Son klubu "Slovan” (Bratislava) olan Kopuneklə münasibətlər yaxın günlərdə rəsmiləşəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə