Rusiya Premyer Liqasında mübarizə aparan daha bir klub baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ı Valeri Karpini istefaya göndərib.
Klubun Direktorlar Şurasının bugünkü iclasında komandanın uğursuz çıxışı müzakirə mövzusu olub. Nəticədə, çıxış yolu kimi baş məşqçi ilə yolları ayırmaq məqsədəuyğun sayılıb. 45 yaşlı mütəxəssisi əvəzləməyə əsas namizəd olaraq Stanislav Çerçesov göstərilir.
Karpin 2009-cu ildən bəri “Spartak”ı çalışdırırdı. O, 2012-ci ildə postunu ispaniyalı Unai Emeriyə təhvil versə də, 4 aydan sonra yenidən komandanın “sükanı arxasına” keçmişdi.
Qeyd edək ki, bir neçə gün öncə “Zenit” italiyalı Liçano Spaletti ilə yollarını ayırıb və onu portuqaliyalı Andre Villaş Boaş əvəzləyib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!