Bu gündən etibarən Topaz “Azerlotoreya” QSC ilə bərabər “Lotereya Həyəcanı Topaz-da!” stimullaşdırıcı lotereyanın başlanmasını elan etdi. Apasport.az saytının məlumatına görə, lotereya “5/36” və “6/40” biletlərini “Topaz” satış nöqtələrindən əldə etmiş iştirakçılar arasında keçirilir.
“Topaz” satış nöqtəsindən alınan “5/36” və “6/40” lotereya biletləri tirajın “Cek-Pot”nu qazandığı halda “Lotereya Həyəcanı Topazda!” lotereyasının da qalibi elan olunur.
Lotoreya biletinin” Topaz” satış məntəqələrindən və ya www.etopaz.az saytından əldə etmək olar.
“Lotereya Həyəcanı Topazda!” stimullaşdırıcı lotereyası həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 21:15-də Space TV-nın canlı efirində keçirilir. Uduş fondu 1 fevral 2014-cü il tarixindən, 1 İyun 2014-cü il tarixləri arasında “Topaz” məntəqələrindən alınmış “5/36” və “6/40” lotereya oyununun biletləri arasında udulacaq 1 “Cek-Pot”a qədər davam edəcək.
“Lotereya Həyəcanı Topazda!” lotoreyasının ümumi uduş fondunu 1 ədəd “Toyota Land Cruiser Prado” avtomobili təşkil edir. Lotereya biletini yaşı 18-dən yuxarı olan hər bir şəxs “Topaz” satış məntəqələrindən əldə edə bilər.
“Topaz” satış məntəqələrinin ünvanları və lotereya haqqında ətraflı məlumat ilə www.topaz.az ünvanında tanış olmaq olar.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb