“Traktorsazi” evdə büdrədi
31.01.2014 - 22:41
Futbol üzrə İran çempionatında XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Traktorsazi” klubu da növbəti oyununa çıxıb.
Təbriz təmsilçisi doğma azarkeşləri qarşısında “Damaş”ı qəbul edib. Görüş tərəflərin qolsuz heç-heçəsi ilə başa çatıb. Meydandan bərabərliklə ayrılan təbrizlilər 43 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.
Qeyd edək ki, “Traktorsazi” növbəti turda səfərdə “Naft Tehran” klubu ilə üz-üzə gələcək.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0