“Rəvan” Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran” ilə üz-üzə gələcək. Apasport.az saytı xəbər verir ki, şənbə günü “Bayıl Arena”da keçiriləcək oyun öncəsi statistikaya nəzər salmaq yerinə düşərdi.
Martın 8-də baş tutacaq oyuna qədər komandalar Premyer Liqada öz aralarında 8 oyun keçirib. Maraqlıdır ki, bu görüşlərin tən yarısında heç-heçə qeydə alınıb. Özü də bu oyunların hamısında 1:1 hesabı qeydə alınıb. Digər 4 dueldə isə komandalar hərəyə 2 qələbə qazanıb. Onu da qeyd edək ki, komandaların Bakıdakı görüşlərində tərəflər 1-dən artıq qol vura bilməyib. Top fərqi isə “Xəzər Lənkəran”ın xeyrinədir: 10:7.
Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
| 27.08.2011 | Rəvan - Xəzər Lənkəran | 1:1 |
| 19.11.2011 | Xəzər Lənkəran - Rəvan | 1:1 |
| 05.08.2012 | Rəvan - Xəzər Lənkəran | 1:1 |
| 04.11.2012 | Xəzər Lənkəran - Rəvan | 4:0 |
| 12.03.2013 | Rəvan - Xəzər Lənkəran | 1:0 |
| 20.05.2013 | Xəzər Lənkəran - Rəvan | 1:2 |
| 04.10.2013 | Rəvan - Xəzər Lənkəran | 1:1 |
| 15.12.2013 | Xəzər Lənkəran - Rəvan | 1:0 |
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə