Türkiyə millisinin sabiq üzvü İbrahim Üzülməz uzun illər formasını geyindiyi “Beşiktaş”a dönür. Apasport.az saytı xəbər verir ki, bir müddət əvvəl “Xəzər Lənkəran”da türkiyəli baş məşqçi Mustafa Dənizlinin köməkçisi olacağı gözlənilən, lakin təyinatı baş tutmayan veteran futbolçuya sabiq klubu ehtiyac duyub.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Üzülməzin “Beşiktaş”da baş məşqçi Slaven Biliçin köməkçisi olacaq.
Qeyd edək ki, 2000-2011-ci illərdə “Beşiktaş”ın formasını geyinən Üzülməz kapitanı olduğu komandadan incik ayrılmışdı. O, komanda yoldaşı İbrahim Toramanla dava etdiyi üçün klubdan uzaqlaşdırılmış, daha sonra isə karyerasını başa vurmuşdu.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb