“Xəzər Lənkəran”da 3 itki
21.02.2014 - 14:28
Topaz Premyer Liqasının XXIII turunda Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, paytaxtda məskunlaşan komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxıb.
Cənublular 1 saat 20 dəqiqə davam edən hazırlıqda tam heyətlə iştirak edə bilməyib. Zədəli Rasim Ramaldanov və Rahid Əmirquliyev ümumiyyətlə hazırlığa qatılmayıb. Elnur Abdullayevsə ağrılar üzündən yüngül qaçışla kifayətlənib. “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi “AZAL Arena”da son məşqinə çıxacaq.
Mənbə: lankaranfc.com
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0