“Yuventus” “Real”ın oyunçularına elçi düşüb
07.03.2014 - 03:20
“Yuventus” və “Real Madrid” klubları arasında təmasların səbəbi məlum olub. Apasport.az saytının informasiyasına görə, İtaliya klubu ispan klubunun üç oyunçusu ilə maraqlanır.
“Yuve”nin baş direktoru, 56 yaşlı Beppe Marotta “Real”ın üç oyunçusunun alınması ilə bağlı danışıqlar aparıb. Bu siyahıya Fabiu Koentrau, Anxel Di Mariya və Alvaro Morata daxildir.
Qeyd edək ki, bundan əvvəl danışıqlarda “Yuventus”un oyunçuları Artur Vidal və Pol Poqbanın “Real”a keçidinin müzakirə olunduğu güman edilirdi.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0