“Zenit” Villaş-Boaşla razılaşdı
17.03.2014 - 21:08
Rusiyanın “Zenit” futbol klubu İngiltərənin “Tottenhem” və “Çelsi” klublarının keçmiş baş məşqçisi Andre Villaş-Boaşla klubdakı iş şərtləri barədə razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı portuqaliyalı mütəxəssislə razılaşma Valensiyada əldə olunub.
Mənbənin informasiyasına görə, Villaş-Boaşın “Zenit”in baş məşqçisi təyin edilməsi barədə yaxın vaxtlarda rəsmi açıqlama veriləcək. İlkin məlumatda bildirilir ki, portuqaliyalı ilə 3,5 illik müqavilə imzalanacaq.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0