“Zenit”in futbolçusu “Neftçi”yə keçdi
31.01.2014 - 18:04
“Neftçi” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və Rusiyanın “Zenit” klubunun üzvü Elvin Bədəlovla anlaşıb.
Klublar arasında aparılan danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” və “Zenit” klubları arasında rəsmi müqavilə imzalanıb.
Xatırladaq ki, bakılılar daha öncə Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 5 illik müqavilə bağlamışdı.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0