“Qalatasaray” ilk görüşdə yaxşı oyanmışdı, xüsusən də ikinci hissədə. Qol buraxmadan qalib gəlmək istəyirdilər, lakin alınmadı. Ona görə də, bu gecə olduqca gərgin bir matç izləyəcəyik”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun türkiyəli məşqçisi Oğuz Çətin deyib.
“Qalatasaray” bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Çelsi”nin qonağı olacaq. İstanbul təmsilçisi evdə rəqibi ilə 1:1 hesablı heç-heçə etdiyindən, işi çətin olacaq.
“Qalatsaray”ın əzəli rəqibi “Fənərbaxça”nın əfsanələri sırasında yer alan Çətin bildirib ki, bu gecə “sarı-qırmızılar”a azarkeşlik edəcək: “Roberto Mançinin komandası həm qol vurmalı, həm də qapısını toxunulmaz saxlamalıdır. Əlbəttə, çətin olacaq. Amma unutmayaq ki, “Qalatasaray” avrokuboklarda təcrübəsi olan bir klubdur. “Çelsi”nin asanlıqla qol vuracağını düşünmürəm. Komandamız arxada sağlam hərəkət etməklə bərabər fərqlənə bilsə, işi bitirəcək. Hamımız türkük. Bu gecə “Qalatasaray”lı olacağam”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!