19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Soçidə təşkil olunan “Kuban baharı” turnirində ilk oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, B qrupunda mübarizə aparan komandamızın ilk rəqibi İsrail futbolçuları olub. İlk yarısı qolsuz yekunlaşan qarşılaşmanın 72-ci dəqiqəsində Avad vurduğu qolla İsrail millisinə qələbə qazandırıb.
Qrupumuzda baş tutan digər oyunda Rusiya yığması Rumıniyanı 2:0 hesabı ilə məğlub edib. Komandamız növbəti görüşünü martın 22-də rusiyalılara qarşı keçirəcək.
Xatırladaq ki, turnirdə 12 komanda mübarizə aparır. 10 qonaq milliyə Rusiya və Krasnodar vilayətinin yığmaları da qoşulub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!