“Bir müddət əvvəl kimlərsə məsuliyyətsiz açıqlamalar vermiş, naxçıvanlı, lənkəranlı söhbəti salmışdı. Amma belə danışmaq düzgün deyil. Bu, məsuliyyətsizlikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” qarşılaşmasından sonra hər iki komandanın iştirakı ilə ziyafət təşkil olunub.
Tədbirdə çıxış edən nazir “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Xəzər Lənkəran”la çempionat oyunundan sonra qabartdığı məsələyə də toxunub: “Bu gün Naxçıvan və Lənkəran təmsilçilərinin qarşılaşdı. Görüşdə dostluq qalib gəldi. Azərbaycanın hər bir bölgəsi bizə əzizdir. Bugünkü matçdan da hamımız məmnun qaldıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu 1:1 hesabı ilə başa çatıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”