[b]Rəqibimiz taleyimizi yaşadı[/b] - [b]VİDEO[/b]
05.06.2016 - 00:15
2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq San Marino millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qrupun ilk matçında üz-üzə gələcəyimiz “cırtdanlar” Xorvatiya ilə qarşılaşıblar.
Görüş “şahmatçılar”ın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli komandamızın tarixində də belə böyükhesablı məğlubiyyət var. O vaxt Ağasəlim Mircavadovun çalışdırdığı yığmamız 1995-ci ildə Fransaya bu hesabla uduzmuşdu.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0