“Kimin qol vurmasının fərqi yoxdur. Əsas odur qələbə qazandıq”. Bunu apasport.az saytına “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
Ağdam təmsilçisi Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “İnter”in qonağı olub. “Neftçi” və “Bakı”nın ardından “bankirlər”i də 3:0 hesabı ilə üstələyən “Qarabağ”ın ikinci qolunu Nadirov vurub. O, 81-ci dəqiqədə braziliyalı Reynaldo Silva meydana daxil olanadək, sırf mərkəz hücumçusu kimi çıxış edib.
Futbolçu legionerlər oynadığı vaxt ehtiyatda qalmasından incimədiyini və vurduğu qolla baş məşqçi Qurban Qurbanova heç nəyi sübut etmək istəmədiyini bildirib: “Vüqar ölü deyildi, diri idi. Sadəcə, bizdə kollektiv oyundur. Ya mən, ya başqası oynadı, fərqi yoxdur. Bir-birimizi sığortalaya bilirik. Ötən dəfə “İnter”ə birinci qolu da belə vurmuşdum. Baş məşqçi nə vaxt məni meydana buraxsa, matça çıxmağa hazır oluram”.
Hazırda ikinci pillədəki “Neftçi” ilə aradakı xal fərqi 10-a yüksəlsə də, Nadirov bildirib ki, hələ çempionluq xəyalları qurmaq tezdir: “Hazırda rəqib elə özümüzük. Arxayınlaşmaq olmaz. Qarşıda oyunlarımız var. Çalışıb bu xal fərqini qorumalıyıq”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!