Tofiq Bəhramov adına Respublika stadionu Topaz Premyer Liqasının XIX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçına tam hazır olacaq. Bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, fevralın 1-də saat 17:00-a nəzərdə tutulan qarşılaşmanın vaxtında başlamasına heç bir problem yoxdur. Artıq stadionun yarıyadək təmizləndiyini deyən İsmayılov ot örtüyünün normal vəziyyətdə olduğunu açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı qış fasiləsindən sonra Topaz Premyer Liqasında III dövrənin ilk oyunu olacaq. Günün daha bir qarşılaşması sayılan “Sumqayıt” – “Qəbələ” görüşü isə fevralın 2-nə təxirə salınıb. Sabah daha 3 oyun olacaq: “Bakı” – “Rəvan”, “İnter” – AZAL, “Neftçi” – “Simurq”.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal