AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov postundan kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, Topaz Premyer Liqasında uğursuz çıxış edən paytaxt təmsilçisi bu gün klubdaxili iclas keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.
Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb. Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.
Bu səbəbdən Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. O, qərarını günün sonunda futbolçulara rəsmən bəyan edib.
Qeyd edək ki, Topaz Premyer Liqasında keçirdiyi 25 oyundan 26 xal toplayan AZAL turnir cədvəlində 8-ci yerdədidir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!