"Xəzər Lənkəran" “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveira ilə anlaşıb.
San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin "Bahia" klubunun yetirməsidir. "Vasko da Qama" və "Fluminense"də az müddət çıxış edəndən sonra, Elias 3 il "Atletiko Qoainense"nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu "Fiqeyrense"də çıxış edib.
Son iş yeri Braziliya A Seriyası təmsilçisi "Atletiko Paranaense" olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi "Ponte Preta"nın heyətində keçirib.
Futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “ağ-yaşıllar” qış fasiləsində Vyekoslav Tomiç, Slavik Alxasov, Orxan Əliyev, Tyeqo və Deyan Blajevskini transfer edib.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal