Bu gün AFFA-nın İntizam komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunun matçlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb və 4 futbolçu cəzalanıb.
“Bakı” ilə qarşılaşmanın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Nodar Məmmədov 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
AZAL-ıa görüşün 46-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Rəvan”ın üzvü Cəmşid Məhərrəmovun da cəzası eyni olub. Oyunun 75-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan AZAL-ın legioneri Joze Junior Aylton və 10 dəqiqə sonra ikinci sarı vərəqə üzündən meydanı tərk edən Viktor İqbekoyi də 1 oyunluq cəza və 200 manat cəriməyə məruz qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə