Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXIII turunun oyunlarında baş verənlər də müzakirə olunub.
“Xəzər Lənkəran”la ev qarşılaşmasının 90+1-ci dəqiqəsində qırmızı vərəqə alan AZAL-ın futbolçusu Aleksandr Şemonayev 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. “Qəbələ” – “Rəvan” matçında hər iki komanda cəzalanıb. Meydan sahibləri 4, qonaqlar 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ödəməli olacaq.
Oyunun 74-cü dəqiqəsində qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Rəvan”ın qapıçısı Lukas Sapela daha ağır cəza alıb . Polşalı əlcək sahibi 3 oyunluq cəzalanıb, klubu isə 2000 manat cərimə olunub.
Mənbə: pfl.az
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə