Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. Nəticədə 5 klub cərimələnib.
“İnter” – “Neftçi” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri min manat cərimə olunub. “Neftçi” isə azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün eyni məbləği ödəməli olacaq. “Rəvan” – “Bakı” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar da min manat ziyana düşüb.
“Araz Naxçıvan” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində texniki zona qaydalarını pozan inzibatçı Yunis Məhərrəmov 1 oyunluq cəzalanıb və meydan sahiblərini 100 manat xərcə salıb. Oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün meydandan kənarlaşdırılan Alvaro Silva da 1 oyunluq cəza alıb. İspan müdafiəçi üçün “Xəzər Lənkəran” 200 manat ödəyəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!