Andrey Kançelskis "Bakı"dan təklif alıb?
05.03.2014 - 17:41
“Bu, yalan məlumatdır. “Bakı” klubuna rəhbərlik edəcəyimlə bağlı deyilənlər həqiqəti əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq futbolçusu Andrey Kançelskis deyib.
Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Fiorentina” kimi klubların formasını geyinən sabiq forvard bu günlərdə Azərbaycana gəlib. 2007-ci ildən məşqçiliyə başlayan Kançelskisin səfər çərçivəsində “Bakı” klubunun bazasına baş çəkməsi bəzi söz-söhbətlərə səbəb olub. Belə ki, onun paytaxt təmsilçisinin serbiyalı baş məşqçisi Milinko Pantiçi əvəzləyəcəyi yönündə xəbər yayılıb.
Kançelskis isə “İTAR-TASS”a açıqlamasında Bakı səfərinin məqsədi barədə danışarkən, deyilənləri təkzib edib: “Həqiqətən Bakıya getmişdim, lakin səfərin məqsədi yerli klublardan birinin başına keçmək üçün deyildi. İşlərimlə bağlı getmişdim, fürsətdən istifadə edib, dostlarımla da görüşdüm. Elə həmin dostlarım vasitəsi ilə “Bakı” klubunun rəhbərliyi ilə görüşdüm. Ancaq komandada işləməklə bağlı söhbət olmadı”.
Qeyd edək ki, Kançelskis məşqçilik karyerası ərzində “Torpedo-ZİL” və “Ufa”nı çalışdırıb. O, son olaraq “Volqa” klubuna baş direktorun məsləhətçisi vəzifəsini yerinə yetirib.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0