Arda Turan qayıdır
03.02.2014 - 21:57
Zədə səbəbindən son iki matçda komandasına kömək edə bilməyən “Atletiko”nun futbolçusu Arda Turanın vəziyyəti yaxşılaşır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi komandası ilə birgə məşqlərə başlayıb.
Ötən ay (28 yanvar) məşq zamanı sağ arxa əzələsində ağrılar əmələ gələn və çalışmanı yarımçıq dayandıran Ardanın İspaniya kubokunun yarımfinalındakı “Real” matçında meydana çıxması gözlənilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Turan 2011-ci ildə “Qalatasaray”dan Madrid klubuna transfer olunub.
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
0
0