“Beşinci səbətdən Kipr yığmasını seçərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun tanınmış simalarından olan Boris İqnatyev deyib.
Uzun illər SSRİ və Rusiyanın aşağı yaş yığmalarında işləmiş, bir müddət əvvəl “Qəbələ”yə Yuri Syominin köməkçisi kimi gələcəyi gündəmdə olan mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin püşkatması haqda fikirlərini açıqlayıb. İqnatyev Rusiya yığması üçün münasib olan və arzulanmayan rəqiblərin adlarını da çəkib. Mütəxəssisin 5-ci səbət haqda fikirləri isə onu göstərir ki, Azərbaycan yığması rusların gözünü qorxudub: “Burda elə komandalar var ki, onlarla əvvəllər qarşılaşmışıq və ciddi gərginlik yaşamışıq. Mən Azərbaycan və Şimali İrlandiyanı nəzərdə tuturam. Futbolda hər şey ola bilər. Kipr yığması bu gün elə vəziyyətdədir ki, Rusiyaya rəqib ola bilməz”.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza