AZAL “Bavariya”nın sabiq hücumçusunu bəyənmədi
14.03.2014 - 12:33
Təxminən 1 həftə ərzində AZAL-da baxışdan keçən 2 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, portuqaliyalı Hardi Pintu və hollandiyalı Boy Deul bəyənilməyiblər.
Məşqçilər korpusunun qərarına əsasən onların geri göndərilməsi qərara alınıb. Hər 2 hücumçu artıq vətəninə qayıdıb.
Qeyd edək ki, Pintudan fərqli olaraq, Deul nisbətən tanınmış futbolçudur. Belçikanın “Antverpen” klubundan AZAL-ın düşərgəsinə gəlmiş Boy 2010-2012-ci illər ərzində “Bavariya”ya məxsus olub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0