“Araz” “Dördlər finalı” öncəsi heyətinə daha 4 yeni futzalçı qatıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, bunlar 2 braziliyalı, 1 italyan və 1 sloveniyalı oyunçulardır.
Bunlardan ən məşhurları Sloveniya yığmasının futzalçısı Kristyan Çuyets və İtaliya millisinin üzvü Rodolfo Fortinodur. Millimizə yaxşı tanış olan hər 2 oyunçu icarəyə götürülüb.
Belə ki, İspaniyanın “Ribera Navarra” klubundan gələn Çuyets və İtaliyanın “Luparense” klubuna məxsus olan Fortino bizə yaxşı tanışdır. Belə ki, hər 2 oyunçu yanvarın sonu – fevralın əvvəllərində Belçikada keçirilmiş Avropa çempionatında yığmaları ilə birgə iştirak edib.
Kristyan yığmasının İtaliyaya qalib gəldikləri (3:2) və millimizə uduzduqları (6:7) görüşündə fərqlənməyi bacarıb. Belə ki, Sloveniya yığmasının “5” nömrəsi yanvarın 31-də keçirilmiş oyunda millimizin qapısına 17-ci dəqiqənin 35-ci saniyəsində qol vura bilib. O onda hesabı komandasının xeyrinə 2:1 etmişdi.
Əslən Braziliyadan olan Rodolfo da millimizə qol vurub. 30 yaşlı oyunçu fevralın 2-də yığmamızı 7:0 məğlub etdikləri görüşün 3-cü dəqiqəsinin 22-ci saniyəsində qapımızdan 2-ci topu keçirmişdi. Ümumiyyətlə, Rusiya ilə final oyunu istisna olmaqla, Sloveniya, Xorvatiya və Portuqaliya ilə görüşlərdə də 1 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, “Araz” bu futzalçılardan əvvəl heyətinə Rusiyanın “Dina” klubundan Aleksey Popovu qatmışdı. Əslən ukraynalı olan qapıçı cari mövsümün sonunadək icarəyə götürülüb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!