Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən Avropa çempionatının final mərhələsində çıxışını başa vuran Azərbaycan yığması yeni cədvəldə 11-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1391 xal var.
Joze Alesionun yetirmələri qrupda qalmaqla 1 pillə geriləyib. Sloveniyanı 7:6 üstələyən və İtaliyaya 0:7 hesablı məğlub olan millimiz 1 həftə əvvəl tutduğu 10-cu yeri əldən verib. Komandamızı ilk “onluq”dan Yaponiya kənarlaşdırıb. Asiyalılar 10-cu yerə sahib çıxıb.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində Braziliya (1946), İspaniya (1944), Rusiya (1721) yığmaları qərarlaşıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb