19 yaşadək qızlardan iabrət Azərbaycan millisinin heyəti açıqlanıb. Apapsort.az saytının məlumatına görə, martın 19-dan 31-dək Rusiyanın Soçi şəhərində keçiriləcək "Kuban baharı-2014" turnirində iştirak edəcək futbolçularımızın adları bəlli olub.
12 komanda mübarizə aparacağı yarışda B qrupunda yer alan yığmamız qonşu ölkəyə 20 futbolçu ilə yollanacaq. Öz qrupunda İsrail, Rusiya və Rumıniya ilə görüşəcək millimizə 5 almaniyalı, 1 gürcüstanlı və 1 isveçli legioner də cəlb edilib: Jalə Məmmədova (“Binə”), Melis Sarıaltın (“Köln”, Almaniya), Əminə Heydərova, Şəfəq Nəsirova, Nigar Cəlilli (hamısı “Fidan”), Maya Danqadze (“Kutaisi”, Gürcüstan), Süheyla İlter (“Qrün Vays Neukkoln”, Almaniya), Zülfiyyə Bayramova (“Qusar”), Hülya Cin (“Şot Mayns”, Almaniya), Aytac Şərifova, Kader Əlimova, Kamilla Məmmədova, Jalə Məhsimova, Aysun Əliyeva, Aliyə Vəliyeva, Süsən Mənsimova (hamısı “Səbail”), Vivyen Hillebrand (“Türkiyemspor”, Almaniya), Gülənbər Qasımova (UGİM, Qax), Canan Berna Yigin (“Vasalunds”, Isveç), Sabrina Ronaqi (“Vakker Münhen”, Almaniya).
Qeyd edək ki, yığmamız martın 20-də İsrail, 22-də Eusiya, 24-də Rumıniya ilə üz-üzə gələcək.
Mənbə: affa.az
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!