Azərbaycan milli komandasının tarixinə yeni kapitan daxil olub. Apasport.az saytının məlumatına görə, martın 5-də Filippin millisi ilə yoldaşlıq oyununa kapitan kimi çıxan Kamran Ağayev karyerasında ilk dəfə ölkənin əsas komandasında bu funksiyanı icra edib.
Əsas kapitan Rəşad Sadıqovun ehtiyatda qalması, vitse-kapitan Mahir Şükürovun yığmaya dəvət almaması “Qəbələ”nin qapıçısına belə imkan yaradıb. Bununla da 28 yaşlı qolkiper yığmanın tarixinə 24-cü kapitan kimi düşüb.
Bunadək millinin 203 oyununda 23 futbolçu matçı kapitan sarğısı ilə başlamışdı. Bu siyahıda mütləq rekord Rəşad Sadıqova məxsusdur – 56 oyun. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22 dəfə kapitanlıq etməklə ilk “üçlük”də qərarlaşıb.
Kamran 24 kapitan siyahısında 2-ci qapıçı olub. Onadək yalnız Dmitri Kramarenko bunu bacarmışdı. İndi “Qəbələ”də qapıçılarla çalışan və Ağayevi çalışdıran veteran 1 görüşə sarğı ilə başlamışdı. Ağayev isə yığma tarixində 2-ci dəfə qapıçının meydana sarğı ilə çıxmasını gerçəkləşdirdi.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə