“Milan” futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Klarens Zeedorfa ultimatum irəli sürüb. Apasport.az saytının məlumatına görə, baş məşqçidən komandanı Avropa kuboku zonasına çıxartmaq tələb olunur.
“Rossionerlər”in prezidenti Silvio Berluskoni hollandiyalı mütəxəssisə bildirib ki, komanda növbəti mövsümdə Avropa Liqasına düşə bilməsə, onu baş məşqçi postundan uzaqlaşdıracaq. Bunun üçün “Milan”a çempionatı ən azı altıncı yerdə başa vurmaq lazımdır.
Hazırda “Milan2 turnir cədvəlində 10-cu yerdədir. Komanda 6-cı yerdə gedən “Parma”dan 8 xal geri qalır.
Zeedorfun müqaviləsi 2016-cı ilin yayına kimi qüvvədədir. Yaxın turlarda “Milan” öz meydanında “Parma”nı qəbul edəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!