Azərbaycan millisinin Dubayda baş tutacaq toplanışı üçün çağırılan heyəti AFFA tərəfindən açıqlanmasa da, artıq Premyer Liqada çıxış edən futbolçulardan kimlərin yığmaya dəvət olunmasına tədricən aydınlıq gəlməkdədir. Apasport.az saytı “İnter”dən hansı futbolçuların BƏƏ-yə gedəcəyini müəyyənləşdirib.
Baş məşqçi Berti Foqts yeni ildə məğlubiyyət üzü görməyən “İnter”dən 4 futbolçuya dəvət göndərib. Bunlar “İnter”in kapitanı Vaqif Cavadov, müdafiəçi Ruslan Əmircanov, yarımmüdafiəçi Abdulla Abatsiyev və qapıçı Səlahət Ağayevdir. Bunlardan milliləşdirilmiş dayaq yarımmüdafiəçisi olan U-21-in üzvü Abatsiyev ilk dəfə əsas yığmadan dəvət alır.
Qeyd edək ki, millinin BƏƏ-də keçirəcəyi təlim-məşq toplanışı martın 1-5-i aralığında baş tutacaq. Toplanışın son günündə komandamız Filippin yığması ilə gücünü sınayacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə