Martın 5-də Filippin keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 204-cü qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən komandamız BƏƏ-nin Dubay şəhərindəki görüşədək 203 oyuna çıxıb.
Bu matçlarda 37 qələbə qazanan millimiz 55 dəfə heç-heçə ilə kifayətlənib. Komandamız 111 dəfə meydanı başıaşağı tərk edib. Futbolçularımız millinin oyunlarında 145 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 346 topun buraxılmasına üzülüb.
2014-cü ilin ilk qarşılaşması yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 106-cı matçı olacaq. 28 qələbə qazandığımız belə oyunların 36-da heç-heçə qeydə alınıb. 41 dəfə isə qalib gələn rəqib olub. 97 dəfə rəqib qapılarına yol tapan yığmamız 132 top buraxıb. Millimiz Asiya təmsilçisinin qapısına 3 qol vurmağı bacarsa, yoldaşlıq oyunlarında yubiley – 100-cü top olacaq.
Bu görüş millimizin baş məşqçisi Berti Foqtsun postunda 65-ci oyunu olacaq. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 64 qarşılaşmada komandanın “sükanı arxasında” olub.
Bu görüşlərdə futbolçularımızın 14 qələbəsi, 21 heç-heçəsi və 29 məğlubiyyəti var. Foqts 53 qolun sevincini yaşayıb. Rəqiblər isə millimizin qapıçılarını 88 dəfə məyus edib. Dubaydakı qazanılacaq qələbə Foqts üçün 15-ci olacaq.
Əvvəlki 64 görüşün 34-ü yoxlama matçı olub. Bu matçlarda 12 heç-heçəsi və eyni sayda - 12 məğlubiyyəti olan yığmamız 10 qələbə qazanıb. Yoxlama oyunlarında almaniyalı 32 dəfə yetirmələrinin, 37 dəfə rəqiblərin qolunu görüb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə