Biri qayıtdı, üçü kənarda qaldı
15.03.2014 - 15:10
Topaz Premyer Liqasının XXVI turunda “Qəbələ” ilə qarşılaşacaq “Bakı” oyunun hazırlıqlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi son məşqini tam heyətlə keçirə bilməyib.
Belə ki, yüngül zədəsi olan Vadim Abdullayev fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb. Əvəzində uzun müddətdir zədədən əziyyət çəkən Şəhriyar Əliyev kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyev və qabırqasında çat əmələ gələn Əfran İsmayılov hazırlığa qatılmayıb. İsmayılov 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0