FİFA prezidenti Yozef Blatter 2014, 2018 və 2022-ci il dünya çempionatlarının Braziliya, Rusiya və Qətərdən alınaraq başqa yerə keçirilməsini istisna edib. Apasport.az saytının məlumatına görə, amerikalı senatorlar Moskvanın Ukraynadakı siyasətinə etiraz olaraq Blatterdən Rusiyanın FİFA-dakı üzvlüyünün dayandırılmasını və 2018-ci il Dünya Çempionatının keçirilməsindən məhrum edilməsini xahiş etmişdilər.
Blatter isə bu xahişin yerinə yetirilməsinin mümkün olmadığını bəyan edib: “Biz dünya çempionatlarının keçirilməsi planında heç bir dəyişiklik edə bilmərik. 2014-cü il çempionatını Braziliyada keçirəcəyik. Bizim 2018-ci il turnirinin keçiriləcəyi Rusiya ilə heç bir problemimiz yoxdur. Qətərin problemlərini isə hamı bilir”.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”