“0:2 hesabı ilə məğıub olduq. Günah məndədir. Bir sıra səhvlərə yol verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” bu gün gözlənilmədən səfərdə “Sumqayıt”a məğlub olub. Bununla, bakılılar ardıcıl 4 oyundur qələbə qazana bilmirlər.
Hacıyev yenilgidə səhvə yol verdiyini etiraf edib: “Rəqibin “Simurq”la oyununu analiz etmişdim. “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik”.
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə uzun müddətdən sonra qazandıqları 3 xala görə sevindiyini bildirib: “Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də “Neftçi”də oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin olacağını bilirdik, lakin qalib gələ bildik”.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza