“Kubok oyunları adətən ağır olur, mərhələ adlamaq üçün iki oyun oynayırsan. 1-1 hesablı bərabərlik bizim xeyirimizədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalının ilk görüşündən sonra təşkil edilən mətbuat konfransında əsas məsələnin səfər oyununda “İnter”ə qol vurmaları olduğunu qeyd edib: “Düzdür, üstünlüyü saxlaya bilmədik. Bunun əsas səbəblərindən biri də 3 gün öncə “Qəbələ” ilə səfərdə ağır oyun keçirməyimizdir. “İnter” isə bizdən bir gün öncə oynamışdı. İrəliyə nikbin baxırıq, cavab oyununda bütün suallara aydınlıq gələcək. Flavinyonun stabil oyun göstərməyinə alışmışıq, o da insandır. Bu gün imkanlarından aşağı oynaması haqqında onunla söhbət edəcəyəm. Ümumilikdə komanda yorğun görünürdü. Bir əvəzetmə ilə oyun sxemini dəyişdim. Məqsədim mərkəzi gücləndirmək idi. Bərabərlik qismət idi, səfərdə qol vurduq, məğlub olmadıq”.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”