“Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail olduq, növbəti mərhələyə keçdik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter”lə cavab oyunundan sonra bildirib.
Baş məşqçi qeyd edib ki, 65-ci dəqiqədən sonrakı əvəzetmələr məqsədə nail olmağa xidmət edib: “Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini gördük. Qol imkanlarından istifadə etsə idik, oyundan qələbə ilə ayrılardıq. Rəşad Sadiqov istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda bizə kömək etməlidir. Bizdə uzunmüddətli istirahət olmur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq, Topaz Premyer Liqasında zəif komanda yoxdur. Bütün komandalar “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı. Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar eynidir”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!