Türkiyə çempionatının I liqasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” öz meydanında “Tavşanlı Linyitspor”u qəbul edib.
Subaşiçin start heyətində meydana çıxdığı görüşdə Ordu təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. Təmsilçimiz görüşün 55-ci dəqiqəsində, hesab 2:0 olarkən əvəzlənib.
25 turda 52 xal toplayan “Orduspor” bu qələbədən sonra çempionatın potensial lideri olub. Hazırda 2-ci olan Subaşiçin komandası 1 oyun çox keçirən liderdən cəmi bir xal geri qalır. Bunda “Ankaraspor”un evdə məğlub olması da rol oynayıb.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza