Topaz Premyer Liqasının XXIII turu heç-heçələrin çoxluğu ilə əlamətdar olub. Baş tutan 5 qarşılaşmadan 4-də bərabərlik qeydə alınıb.
Yalnız “Sumqayıt”la “Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan sahibləri qalib gəlib. Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə qeydə alınıb. “Neftçi”nin “Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi XIII turda da 1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə “sülh” qeydə alınmışdı.
2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə 7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri bərabərliklə nəticələnib. 2005/06 mövsümündə XI, 2009/10 mövsümündə XXI, XXV və XXIX, 2012/13 mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş keçirilib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza